Azərbaycanın kənd təsərrüfatı naziri İsrailin xarici işlər naziri ilə görüşüb

Azərbaycanın kənd təsərrüfatı naziri İsrailin xarici işlər naziri ilə görüşüb
# 20 fevral 2014 07:23 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov kənd təsərrüfatı sahəsində əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi məqsədi ilə İsrailə səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Aviqdor Libermanla görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. H.Əsədov Azərbaycanda İsrailin mütərəqqi kənd təsərrüfatı texnologiyalarının tətbiqi üçün potensial sahələr barədə məlumat verib. Azərbaycanlı nazir may ayında Bakıda beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgisinin keçiriləcəyini bildirib və bu sərginin iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq üçün vacib platforma ola biləcəyini qeyd edib.

A.Liberman iki ölkə arasında yaxşı səviyyədə olan əlaqələr kontekstində kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bu sahədə İsrail təcrübəsinin Azərbaycanla bölüşməyə Xarici İşlər Nazirliyinin lazımi dəstək verməyə hazır olduğunu bildirib.

Bu gün isə nazir H.Əsədovun İsrailin kənd təsərrüfatı və kəndin inkişafı naziri Yair Şamir ilə görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR