Konqresmen Lyuk Messer: "ABŞ-la Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir"

Konqresmen Lyuk Messer: "ABŞ-la Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir"
# 18 iyul 2013 02:14 (UTC +04:00)

Bakı-APA. ABŞ-da işgüzar səfərdə olan Milli Məclisin Azərbaycan-ABŞ Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvlərinin amerikalı həmkarları ilə görüşləri davam edir.

17 iyul tarixində millət vəkilləri Səməd Seyidov və Asim Mollazadə ABŞ-ın İndiana ştatından olan konqresmen Lyuk Messer (Luke Messer) ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Konqresmen L. Messer ABŞ-la Azərbaycan arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafından məmnunluğunu bildirib və bu kimi qarşılıqlı səfərlərin münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR