Avropa Parlamentinə seçkilərdə azərbaycanlı namizəd də mübarizə aparacaq - FOTO

Avropa Parlamentinə seçkilərdə azərbaycanlı namizəd də mübarizə aparacaq - <span style="color: red;">FOTO
# 07 may 2014 16:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Mayın 22-də Avropa Parlamentinə keçiriləcək seçkilərdə azərbaycanlı namizəd də deputat kreslosu uğrunda mübarizə aparacaq. APA-nın məlumatına görə, hazırda Böyük Britaniyada yaşayan, əslən Güney Azərbaycandan olan Araz Yurdsevənin namizədliyi NLP (National Liberal Party) tərəfindən irəli sürülüb. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) Böyük Britaniya nümayəndəliyinin rəhbəri olan A. Yurdsevən Avropa Parlamentinin üzvü seçiləcəyi təqdirdə Güney Azərbaycan məsələsini, həmçinin İranda yaşayan milli azlıqların problemlərini gündəmə gətirəcək.

Qeyd edək ki, NLP dövlətsiz və əsarət altında olan millətlərin öz taleyini müəyyən etməsi (self-determination) mövsuzunu gündəmə gətirən ilk və yeganə partiyadır. Siyasi təşkilatın irəli sürdüyü bütün namizədlər də əsarət altında olan millətlərin nümayəndələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR