Milli Məclisin üzvləri Fuad Muradov və Rasim Musabəyov Litvada bir sıra görüşlər keçiriblər - FOTOSESSİYA

Milli Məclisin üzvləri Fuad Muradov və Rasim Musabəyov Litvada bir sıra görüşlər keçiriblər - <span style="color: red;">FOTOSESSİYA
# 19 sentyabr 2013 14:54 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Milli Məclisinin üzvü, Litva Parlament dostluq qrupunun sədri, Avronest Parlament Assambleyasının enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov və millət vəkili Rasim Musabəyov Litvada səfərdədir.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində millət vəkilləri Litva parlamentin vitse-spikerləri İrena Degutiene və Algirdas Sisasla, Litva parlamentinin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Benediktas Yuodka, parlamentdə təmsil olunan Sosial Demokrat Partiyasının qrup rəhbəri İrena Siauliene, ana müxalifətin nümayəndəsi, Konservatorlar Partiyasının sədri, keçmiş baş nazir Andriyus Kubiliyus və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlər keçiriblər.

Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, Litva parlamentində qondarma “Dağlıq Qarabağ”la dostluq qrupunun yaradılmasına toxunulub və ikitərəfli əlaqələrə kölgə saldığı təəssüflə qeyd edilib. Öz növbəsində Litva nümayəndələri qrupun yaradılmasını pislədiyini, bunun arxasında maraqlı qüvvələr olduğuna inandığını diqqətə çatdırıb, eyni zamanda Litva dövlətinin mövqeyinin dəyişilməz olaraq qaldığını, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha bəyan edərək, regionda sülhün bərqərar olunmasının zəruriliyini və bəzi deputatların fərdi təşəbbüslərinin parlamentin rəsmi mövqeyi olmadığını bir daha diqqətə çatdırıblar.

Millət vəkilləri Litva xarici işlər nazirinin müavini Andriyus Krivasla da görüşüb, ikitərəfli münasibətlər və gələcək perspektivləri barədə müzakirələr aparıblar. Öz növbəsində A.Krivas diqqəti Litvanın Avropa İttifaqında sədrliyinə və noyabrın 28-29-da Vilnüsdə Avropa İttifaqı ölkələrinin, eləcə də “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının keçiriləcək sammitinə yönəldib və bu mühüm tədbirin bütün üzv ölkələri üçün uğurlu nəticə verəcəyinə inandığını bildirib.

Sentyabrın 20-də millət vəkilləri Avronest Parlament Assambleyasının təşkil etdiyi “Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində Şərq tərəfdaşlığı” mövzusuna həsr olunmuş seminarda iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR