Əli Abbasov: “Sərhəd zonalarda qonşu ölkələrdən efirə müdaxilələrin qarşısının alınması üçün üç güclü stansiya quraşdırılıb” - VİDEO

Əli Abbasov: “Sərhəd zonalarda qonşu ölkələrdən efirə müdaxilələrin qarşısının alınması üçün üç güclü stansiya quraşdırılıb” - <span style="color: red;">VİDEO
# 10 yanvar 2014 03:45 (UTC +04:00)

Bakı-APA. İKT sektorunun artım tempi ənənəvi olaraq ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil edib və sahə üzrə ümumi gəlirlər 2 milyon dolları ötüb. APA-nın məlumatına görə, bunu ötən gün Nazirlər Kabinetinin iclasındakı çıxışında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazir qeyd edib ki, telekommunikasiya sahəsində stasionar telefon şəbəkəsi genişlənərək regionda (MDB və Mərkəzi Asiyada) müasirliyi, keyfiyyəti, əhatə dairəsi və qiymət göstəricilərinə görə ön cərgədədir: “Mobil telefon şəbəkəsi isə əhali və ərazi əhatəsinə görə daha da genişlənərək Avropa orta səviyyəsindən yüksək olub. Hələ dünyanın bir çox ölkələrində 2-ci nəsil rabitə texnologiyası tətbiq edildiyi halda, ölkəmizdə 3-cü nəsil texnologiya tamamilə, Bakı və Abşeronda isə 4-cü nəsil rabitə texnologiyaları tətbiq olunmağa başlanılıb. Mobil nömrələrin operatorlar arasında avtomatik daşınma sistemi yaradılıb”.

“Qlobal İnternet şəbəkəsinin Azərbaycan seqmenti hesabat ilində inkişaf etmiş, 70 faiz istifadə sıxlığı ilə MDB və Mərkəzi Asiyada öz liderlik yerini saxlayıb. Beynəlxalq şəbəkəyə çıxış 35 faiz, ölkədaxili elektron kontent təxmini hesablamalara görə 40-45 faiz, elektron kommersiya və pərakəndə satış 50 faiz artıb, elektron təhsil və səhiyyə xidmətlərindən istifadə xeyli genişlənib. İnternet üzərində işgüzarlıq fəaliyyəti xeyli sürətlənib. Mobil və stasionar genişzolaqlı internetin abonent şəbəkəsi 30 faiz artıb. Radio və televiziya texniki yayım infrastrukturunun inkişafında hesabat ili rəqəmli efirə keçidlə yadda qalıb. 2013-cü ildə bütün ölkə əhalisinin 95-98 faizi rəqəmli televiziya ilə əhatə olunub və ölkəmiz analoq efiri ilə vidalaşmağa hazırdır. Bu texnoloji göstərici üzrə ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer alıb”, deyə Əli Abbasov bildirib.

Rabitə və informasiya texnologiyaları nazirinin sözlərinə görə, sərhəd zonalarda qonşu ölkələrdən efirə müdaxilələrin qarşısının alınması üçün hesabat ilində üç güclü stansiya quraşdırılıb: “Müvafiq təhlükəsizlik xidmətləri ilə birgə aparılmış işlər nəticəsində artıq bu gün bu sahədə ciddi problemlərlə üzləşmirik. Ölkəmiz üçün çox vacib əhəmiyyəti olan bütün spektr boyu radiotezliklər resurslarının monitorinqi sisteminin birinci növbəsi, yəni Bakı və Abşeron yarımadası üçün stasionar və digər ərazilər üçün isə 3 mobil stansiya quraşdırılıb istifadəyə verilib”.

“Hesabat ilində poçt sektorunda gəlirlər 5,5 faiz artıb. Poçt sistemində ənənəvi xidmətlərdən əlavə bank və maliyyə xidmətləri, o cümlədən bank hesablarının idarə olunması, nağdsız ödəmələr, pul köçürmələri, kommunal və digər ödənişlərin həyata keçirilməsi, ucqar kəndlərdə pensiyaların paylanması, ümumiyyətlə depozit və kreditlər istisna olmaqla, bütün xidmətlərin göstərilməsi xeyli genişləndirilib. Poçt vasitəsilə elektron kommersiya xidmətlərinin və həmçinin ucqar kəndlərdə xidmətlərin poçt mobil avtomobillər vasitəsilə göstərilməsinə başlanılıb.

“Elektron hökumət” portalı vasitəsilə elektron xidmətlərin göstərilməsi genişlənib, hesabat ilində portala yeni xidmətlər əlavə olunub. Beləliklə Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmətdən 281-i hökumət portalı vasitəsi ilə rəsmi verilir. 2013-cü ildə elektron hökumət portalına 262 min vətəndaş müraciət edib və 730 mindən çox elektron xidmət alınıb. Vergilər Nazirliyinin ASAN mobil imza sertifikat mərkəzi yaradılıb və ölkənin vahid elektron imza sisteminə qoşulub.

Kosmik fəaliyyət sahəsində “Azərspace-1” telekommunikasiya peyki orbitə çıxarılıb və 2013-cü ilin iyul ayından kommersiya fəaliyyətinə başlayıb. Peykdə 60-dan çox televiziya kanallarının, əsasən xarici ölkələrin və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. 6 ay ərzində təxminən 10 milyon ABŞ dolları həcmində xarici ölkələrə ixrac xidmətləri göstərilib və bu vəsait “Azərkosmos ASC” tərəfindən Maliyyə Nazirliyinin nəzarəti ilə 2013-cü ilin kredit borclarının təxminən 60–65 faizinin ödənilməsinə yönəlib. Peyklərin yerüstü idarəetmə əsas və ehtiyat mərkəzləri yaradılıb və yerli mütəxəssislər tərəfindən idarə olunur. 2016-cı ilə planlaşdırılan yer səthinin monitorinqi peykinin layihə sənədləri və hazırlıq işləri başa çatmışdır və yaxın vaxtlarda tender elan olunacaq. Müşahidə peyki özünün texnoloji göstəricilərinə görə ən yeni nailiyyətlər sırasındadır. 2017-ci ildə orbitə çıxarılması planlaşdırılan növbəti telekommunikasiya peykinin layihələndirilməsi üzrə işlər davam etdirilib.

Regional və beynəlxalq səviyyədə tranzit informasiya magistrallarının qurulmasında və regional İKT xidmətlərinin göstərilməsində işlər davam etdirilib. Avropadan Yaxın Şərqə gedən informasiya magistralının Azərbaycan seqmentinin qurulması başa çatıb və istismarına başlanılıb. BMT-nin Baş Assambleyasının sentyabrda keçirilən 67-ci sessiyasının xüsusi qətnaməsi və ölkəmizin koordinatorluğu ilə Avro-Asiya Rabitə Alyansı yaradılmış və Trans-Milli Avro-Asiya İnformasiya Magistralı layihəsi üzrə konsorsium yaradılması üçün memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR