“Nar Mobile” kampaniya qaliblərini mükafatlandırdı - FOTO

“Nar Mobile” kampaniya qaliblərini mükafatlandırdı - <span style="color: red;">FOTO
# 09 aprel 2014 12:51 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın mobil operator şirkəti olan “Azerfon” (“Nar Mobile” ticarət nişanı) “Yeni Azərbaycan” qəzeti ilə birgə keçirdiyi “Bahar sevincləri” hədiyyə kampaniyasının qaliblərini mükafatlandırdı.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, kampaniyanın qaliblərinə smartfonlar hədiyyə edilib.

Qaliblərin mükafatlandırılması mərasimi aprelin 9-da “Yeni Azərbaycan” qəzetinin redaksiyasında keçirilib. 431 nəfərin iştirak etdiyi lotereyada qalib gələn qəzet oxucularına hədiyyələri “Azerfon” şirkətinin nümayəndəsi təqdim edib.

Kampaniyanın şərtlərinə uyğun olaraq, “Yeni Azərbaycan” qəzetinin cari ilin fevral ayının 20-dən martın 20-dək olan dövr ərzində dərc olunan nüsxələrini əldə etməklə, sonuncu səhifənin sol yuxarı küncündə yerləşən kuponları toplayan və kampaniya bitdikdən sonra onları zərfə qoyaraq aprelin 9-dək qəzetin redaksiyasına təqdim edən bütün oxucular uduş kampaniyasının iştirakçılarına çevrildi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR