Azərbaycanda süd istehsalı tələbatdan iki dəfə azdır

Azərbaycanda süd istehsalı tələbatdan iki dəfə azdır
# 18 sentyabr 2013 10:59 (UTC +04:00)

Bunu «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə hər inəkdən orta hesabla 1 307 kq süd sağılır. Lakin əhalinin südə olan tələbatını tam ödəmək üçün bu göstərici 2 500 kq-a çatdırılmalıdır.

«Hazırda bu istiqamətdə ciddi işlər aparırıq. Azərbaycanda ümumilikdə 12 südçülük kompleksi yaradılıb. Keçən il isə ölkədə 1,7 mln. ton süd istehsal olunub», - deyə Ç.Fərəcov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR