Bakı-Tbilisi-Qars dəmir yolunda yeni yarımstansiya işə salınır

Bakı-Tbilisi-Qars dəmir yolunda yeni yarımstansiya işə salınır
# 18 oktyabr 2013 08:13 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolunun «Doqquz qardaş» stansiyasında yeni dartı yarımstansiyası sınaqdan keçiriləcək. Bu işləri Bakı-Tbilisi-Qars dəmir yolunun inşası layihəsi çərçivəsində subpodratçı qismində çıxış edən ATEF Şirkətlər Qrupu (Azərbaycan) həyata keçirir. Bunu «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Qeyd edək ki, bu dartı yarımstansiyası Gürcüstan tərəfində Marabda-Karstaxi məntəqəsində dəmir yolunun tikintisində layihənin ilkin mərhələsini elektrik enerjisi ilə təchiz edəcək.

Layihə çərçivəsində yarımstansiyada yenidənqurma işləri aparılıb, yeni transformatorlar və müasir tipli avadanlıqlar quraşdırılıb. Dəmir yolunun bu məntəqəsinin yenidən qurulmasından sonra onun sınaqları keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR