Bu ilin 9 ayı ərzində Azərbaycanda 62 min nikah və 8,7 min boşanma qeydə alınıb

Bu ilin 9 ayı ərzində Azərbaycanda 62 min nikah və 8,7 min boşanma qeydə alınıb
# 18 oktyabr 2013 14:00 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ölkə əhalisinin sayı ilin əvvəlindən 86,0 min nəfər və ya 0,9 faiz artaraq bu ilin 9 ayı ərzində 9442,5 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər olub. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd yerlərində yaşayır, 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir. Əhalinin 22,3 faizi 0-14 yaşda, 71,9 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1013 qadın düşür.

Cari ilin yanvar-sentyabr aylarında ölkədə 125 min, yaxud hər gün orta hesabla 458 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 17,9 olub. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir. Körpələrin 1456-sı əkiz, 30-u isə üçəm doğulub.

2013-cü ilin 9 ayı ərzində ölkədə 62 min nikah və 8,7 min boşanma halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilə nisbətən nikahların sayı 8,1-dən 8,9 qədər artıb, boşanmaların sayı isə eyni səviyyədə (1,2) qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR