Azərbaycan dövlət büdcəsinin gömrük orqanları üzrə daxilolmaları 15% artıb

Azərbaycan dövlət büdcəsinin gömrük orqanları üzrə daxilolmaları 15% artıb
# 16 dekabr 2013 13:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinin daxilolmaları 1 257,744 mln. manat təşkil edib.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1% çoxdur.

Hesabat dövründə büdcəyə köçürülən vəsaitin 256,846 mln. manatı gömrük rüsumları, 910,449 mln. manatı əlavə dəyər vergisi, 74,303 mln. manatı aksizlər, 16,147 mln. manatı isə yol vergisinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR