Xorvatiyanın turizm naziri Azərbaycanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb - FOTO

Xorvatiyanın turizm naziri Azərbaycanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 04 aprel 2014 09:50 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bakıda səfərdə olan Xorvatiyanın turizm naziri Darko Lorençin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyində olub.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir Şahin Mustafayev ilə keçirilmiş görüşdə Azərbaycanla Xorvatiya arasında iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Görüşdə nazir Şahin Mustafayev yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin Azərbaycan və Xorvatiya arasında iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb: “Ölkələrimiz arasında parlamentlərarası dostluq qruplarının uğurla fəaliyyət göstərməsi, indiyədək Azərbaycan və Xorvatiya arasında 20-yə yaxın sənədin imzalanması əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətlidir”.

Azərbaycan və Xorvatiya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən turizm sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdıran nazir ölkəmizin turizm potensialı və bu sahədə son zamanlar görülən işlər barədə də məlumat verib.

D.Lorenç Beynəlxalq Səyahət və Turizm Sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdə olduğunu və ölkəmizin iqtisadi inkişafından məmnunluğunu ifadə edib.

Mövcud imkanlardan səmərəli istifadənin Xorvatiya və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edən xorvatiyalı nazir ölkəsinin turizm potensialı və bu sahədə əməkdaşlıq imkanları barədə danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR