Ötən il Azərbaycanda inflyasiya 2,4% olub

Ötən il Azərbaycanda inflyasiya 2,4% olub
# 24 yanvar 2014 10:54 (UTC +04:00)

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2013-cü ildə ərzaq məhsullarının qiymətləri 2,2%, qeyri-ərzaq mallarının qiymətləri 0,8%, xidmət tarifləri 3,5% bahalaşıb.

Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ilin dekabr ayında noyabrla müqayisədə 1,9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6%, qeyri-ərzaq mallarının qiymətləri 2,7%, xidmət tarifləri isə 0,4% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR