Təhsil İdarəsi yazı işlərinin yoxlanılması üçün müəllimlərə verilən məbləğin ödənilməməsi məsələsinə aydınlıq gətirib

Təhsil İdarəsi yazı işlərinin yoxlanılması üçün müəllimlərə verilən məbləğin ödənilməməsi məsələsinə aydınlıq gətirib
# 06 dekabr 2013 14:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi I-VI siniflərdə yazı işlərinin yoxlanılması üçün müəllimlərin verilən əməkhaqqına əlavə edilən məbləğin ödənilməməsi məsələsi ilə bağlı açıqlama yayıb. İdarənin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən xəbərə görə, noyabr ayı üçün I-VI siniflərdə Azərbaycan dili (təlim qeyri-Azərbaycan dilində aparılan I-VI siniflərdə isə tədrisin aparıldığı tədris dili) və Riyaziyyat fənlərinin tədrisi zamanı yazı işlərinin yoxlanılması üçün müəllimlərin əməkhaqqına əlavə edilən məbləğ texniki problem səbəbindən ödənilməyib. Bildirilib ki, problem yaxın günlərdə həll olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR