Təhsil Nazirliyi: Müəllimlərin əmək haqqının nə vaxt artırılacağı ilə bağlı konkret müddət demək mümkün deyil

Təhsil Nazirliyi: Müəllimlərin əmək haqqının nə vaxt artırılacağı ilə bağlı konkret müddət demək mümkün deyil
# 30 noyabr 2013 13:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

F.Qədirov bildirib ki, strategiyada müəllimlər üçün əmək haqqı və mükafatlandırma sistemi yaradılması nəzərdə tutulub: “Lakin bu, yalnız əmək haqqının artırılmasını nəzərdə tutan sistem deyil, eyni zamanda keyfiyyətin təminatı sistemidir. Strategiyada o da nəzərdə tutulur ki, müəllimlər sertifikasiyadan keçməlidir. Müəllimlər yalnız bu prosesdən keçdikdən sonra onlara hansı əmək haqqını vermək lazım olduğu müəyyənləşir. Dünyada da bu belədir. Bütün müəllimlərə eyni həcmdə əmək haqqı verilmir. Düşünürük ki, strategiyada nəzərdə tutulan məsələlərə kompleks yanaşılacaq və bundan sonra hansı müəllimə nə qədər əmək haqqının verilməsi barədə qərar qəbul ediləcək. Bu istiqamətdə artıq müəyyən sənədlərin hazırlanmasına başlanıb. Mexanizmlər təsdiq edildikdən sonra əmək haqqı məsələsinə baxılacaq. Əmək haqqının nə vaxt artırılacağı ilə bağlı konkret müddət demək mümkün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR