“Qarabağ” futbol klubu dünya reytinqində 3 pillə irəliləyib

“Qarabağ” futbol klubu dünya reytinqində 3 pillə irəliləyib
# 05 mart 2014 08:12 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum 2013-cü il martın 1-dən 2014-cü il fevralın 28-dək olan dövr üçün planetin 200 ən yaxşılarını müəyyənləşdirib.

Ötən aylarda olduğu kimi, İFFHS-in cədvəlində Azərbaycanı yenə yalnız 1 komanda təmsil edir. Bu da Ağdamın “Qarabağ” klubudur. Ötən ay dünyanın 113-cüsü olan Qurban Qurbanovun yetirmələri hazırda 123,50 xalla 110-cu pillədə qərarlaşıblar. Hesabını 4 xal artırıb 3 addım irəliləyən “Qarabağ” Malinin “Stad Malien de Bamako” klubu ilə eyni göstəricilərə malikdir.

Son bir ayda 10 klubu arxada qoyan ağdamlılar “Əl-Əhli” (Misir), “Ponte Preta”, “Fluminense” (hər ikisi Braziliya), “Nasyonal” (Uruqvay), “Deportivo”, “Tolima” (hər ikisi Kolumbiya), “Sent Etyenn” (Fransa), “Buriram” (Tailand), “Kaşiva Reysol” (Yaponiya) və “Real”ı (Peru) keçib. Təmsilçimizin 10 deyil, 3 pillə irəliləməsi “Qarabağ”ın bəzi klubları irəli buraxmasıdır.


Siyahının ilk 2 pilləsində dəyişiklik baş verməyib. Zirvədə yenə “Bavariya” qərarlaşıb. Almaniya klubunun 370 xalı var. İspaniya “Real”ı 301 xalla 2-cidir. İki pillə irəliləyən İspaniya “Barselona”sı isə 267 xalla 3-cüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR