Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd olunacaq

Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd olunacaq
# 17 yanvar 2014 09:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd olunacaq.

APA-nın xəbərinə görə, bu barədə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyində çıxışı zamanı deyib.

O bildirib ki, eyni tarixə malik olan AMEA Ədəbiyyat İnstitutu Yazıçılar Birliyi ilə birlikdə mühüm tədbirlərə imza atmalıdır. Anarın sözlərinə görə, yazıçıların işi yazılarını səlis yazmaqdan, ədəbiyyatşünasların işi isə yazıçıları siyahıya almaqdan ibarətdir: “Bu cəhətdən tənqidin və ədəbiyyatşünaslığın qarşısında daha böyük vəzifələr durur. Bu gün azad mətbuat və azad iqtisadi dövrdə ədəbi meyarlar demək olar ki, itmək üzrədir. Kim nə istəsə yazır, hazırlayır, çap edir. Əgər bunlar tənqid və ədəbiyyatşünaslıq tərəfindən tənqid edilməsə, çox ağır nəticələr verə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR