İmişlidə yük maşını ilə minik avtomobili toqquşub, ölən var - VİDEO

İmişlidə yük maşını ilə minik avtomobili toqquşub, ölən var - <span style="color: red;">VİDEO
# 01 may 2014 10:52 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Xəlfəli kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 72 yaşlı Qərib Qurbanovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Beyləqan rayon sakini Səbuhi Şükürovun idarə etdiyi “KamAZ” markalı avtomobil toqquşub. Minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR