Azərbaycan Malayziyada keçiriləcək Asiya müdafiə xidmətləri sərgisində iştirak edəcək

Azərbaycan Malayziyada keçiriləcək Asiya müdafiə xidmətləri sərgisində iştirak edəcək
# 08 yanvar 2014 09:40 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi aprel ayının 14-dən 17-dək Malayziyanın Kuala Lumpr şəhərində keçiriləcək DSA-2014 Asiya müdafiə xidmətləri sərgisində iştirak edəcək.

APA-nın məlumatına görə, sərgidə MSN-in stendində Azərbaycan müəssisələrində istehsal olunmuş müxtəlif müdafiə təyinatlı məhsullar nümayiş etdiriləcək.

Sərgidə MSN-dən və digər hərbi qurumlardan geniş tərkibdə nümayəndə heyəti də iştirak edəcək.

Cənub-Şərqi Asiya regionunun ən böyük müdafiə sərgilərindən olan DSA hərbi, polis və milli təhlükəsizlik bölmələrindən ibarət olacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR