Gəncədə qohum qohumunu qətlə yetirib

Gəncədə qohum qohumunu qətlə yetirib
# 05 aprel 2014 08:51 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən axşam saatlarında baş verib.

Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Hacıyev Samir Arzu oğlu mübahisə zəminində qohumu, 1-ci mikrorayon, Vəli Xuluflu küçəsində yaşayan, 1990-cı il təvəllüdlü Əmirov Etibar Nəbi oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib.

24 yaşlı gənc dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR