Ərdəbil vilayətinin başçısı: “Aslandüz-Horadiz sərhəd-keçid məntəqəsinin açılması üçün körpü tikilməlidir”

Ərdəbil vilayətinin başçısı: “Aslandüz-Horadiz sərhəd-keçid məntəqəsinin açılması üçün körpü tikilməlidir”
# 03 iyun 2014 16:36 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri İranın Ərdəbil vilayətinin başçısı Məcid Xudabəxş orada səfərdə olan bir qrup azərbaycanlı jurnalistə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məntəqənin açılmasında hər iki tərəf maraqlıdır: "İlk olaraq Azərbaycan tərəfi müraciət edib. Bizim Xarici İşlər Nazirliyi də buna razılıq verib. İnsanların gediş-gəlişi üçün şərait var. Çünki onların keçməsi üçün bənd var. Amma ağır tonnajlı maşınların gedişi üçün körpünün tikilməsinə ehtiyac var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR