Kubanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - FOTO

Kubanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 18 noyabr 2013 08:40 (UTC +04:00)

Bakı-APA. Kuba Respublikasının Azərbaycandakı səfiri Ömər Senon Medina Kintero Bakı Ali Neft Məktəbində olub.

Məktəbdən APA-ya verilən məlumata görə, qonağı qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Kuba ilə Azərbaycan arasında hər zaman isti münasibətlər olub və bu gün də isti və dost münasibətlər yüksək səviyyədə davam etməkdədir. Bakı Ali Neft Məktəbinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən E.Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən Azərbaycan üçün yüksəkixtisaslı kadrların hazırlanması olub.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, beynəlxalq təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də dünya dövlətlərinin aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verən Elmar Qasımov qeyd edib ki, Kuba Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması xüsusi maraq kəsb edir.

Səfiri Ömər Senon Medina Kintero Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissi keçirdiyini bildirib. Səfir qeyd edib ki, Azərbaycanda yüzlərlə Kubalı tələbələr təhsil alıblar və bu gün də alanlar var: “Baxmayaraq ki, Kubada neft-qaz sənayesi o qədər də inkişaf etməyib, lakin buna baxmayaraq, təhsil alan tələbələrin əksər hissəsi demək olar bu ixtisaslar üzrə təhsil alıblar və onların bir çoxu bu gün Kubada yüksək vəzifələrdə fəaliyyət göstərirlər”.

Səfir qeyd edib ki, Kuba hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında maraqlıdır .

Azərbaycanda səfir kimi fəaliyyətə başladığı zamandan etibarən Azərbaycan və Kuba arasında bir çox təhsil layihələrinin həyata keçirilməsi istiqamətində işlər gördüyünü söyləyən Ömər Senon Medina Kintero iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Verilən təklifləri yüksək qiymətləndirən E. Qasımov yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR