Avropa Birliyinin prezidenti: “Ukraynadakı böhran səngiməsə, Rusiyaya qarşı yeni sanksiyalar qəbul ediləcək”

Avropa Birliyinin prezidenti: “Ukraynadakı böhran səngiməsə, Rusiyaya qarşı yeni sanksiyalar qəbul ediləcək”
# 07 may 2014 14:18 (UTC +04:00)

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Avropa Birliyi-Yaponiya sammitindən sonra keçirilən brifinqdə Avropa Birliyinin prezidenti Herman van Rompey çıxış edib.

Brüsselin Avropa Birliyi-ABŞ-Ukrayna-Rusiya formatında yeni görüşə hazır olduğunu bildirən H. Rompey qeyd edib ki, Ukrayna böhranı səngiməsə, Rusiyaya qarşı yeni sanksiyalar qəbul oluna bilər.

“Rusiya Cenevrə qətnaməsinin tələblərini yerinə yetirməyib. Ehtiyac yarandığı halda, müvafiq qərarları qəbul etməyə hazırıq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR