Azərbaycan Beynəlxalq Bankı kənar auditorun seçilməsi üçün tender keçirir

Azərbaycan Beynəlxalq Bankı kənar auditorun seçilməsi üçün tender keçirir
# 16 yanvar 2014 09:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) bankın və onun törəmə qurumları (Qrupun) 2014-cü il üzrə yarımillik və illik dövriyyələri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditinin aparılması üçün kənar auditorun seçilməsi məqsədi ilə açıq tender elan edib.

«APA-Economics»in xəbər verdiyi kimi, elana əsasən, Qrupa ABB və onun törəmə müəssisələri olan «ABB-Moskva» MMC, «ABB-Gürcüstan» SC, «Beynəlxalq Sığorta Şirkəti» ASC və «Azericard» MMC daxildir.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını martın 3-dək, digər tələb olunan sənədləri fevralın 24-dək Banka təqdim etməlidir. Tender prosedurası isə martın 5-də Bankın inzibati binasında keçiriləcək.

Tenderin şərtlərinə əsasən, Qrupun 2014-cü ilin ilk yarısı üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi və hesabatların təqdimi sentyabrın 15-dən gec olmayaraq, Qrupun 2014-cü il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi və hesabatların təqdimi 2015-ci il aprelin 1-dən gec olmayaraq həyata keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR