Azərbaycanlı sahibkarlar Dünya İslam Ticarət Sərgisinə dəvət alıb

Azərbaycanlı sahibkarlar Dünya İslam Ticarət Sərgisinə dəvət alıb
# 25 iyun 2014 13:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabrın 11-13-də Türkiyənin paytaxtı Ankara şəhərində Dünya İslam Ticarət Sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur. Sərgi “Islamic Meeting Expo (İMEX-2014)” tədbiri çərçivəsində təşkil olunur.

Sərgi haqqında daha ətraflı məlumat almaq istəyənlər Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR