Venesuelada tanınmış müxalifət siyasətçisi ailəsinin gözü qarşısında qətlə yetirilib

Venesuelada tanınmış müxalifət siyasətçisi ailəsinin gözü qarşısında qətlə yetirilib
# 06 avqust 2013 21:52 (UTC +04:00)

Bakı-APA. Venesuelanın Barinas ştatında tanınmış müxalifət siyasətçisi Pablo Uskateqi ailəsinin gözü qarşısında qətlə yetirilib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, siyasətçi oğlu ilə avtomobildə gedərkən maşını işıqforda saxlayıb. Bu an motosikletdə olan naməlum şəxs avtomobilə yaxınlaşaraq, tapançadan bir neçə dəfə atəş açıb və hadisə yerindən dərhal uzaqlaşıb. Siyasətçinin olduğu avtomobilin yanında duran ikinci avtomobildə isə onun həyat yoldaşı və iki uşağı olub.

İstintaqın versiyasına görə, qətl qisas məqsədi ilə törədilib.

Pablo Uskateqi Barinas müxalif Demokratik Birlik Blokundan ştatının Qanunverici Şurasının üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR