Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarındakı Mi-17 helikopterlərini modernləşdirməyə başlayıb

Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarındakı Mi-17 helikopterlərini modernləşdirməyə başlayıb
# 22 noyabr 2013 14:29 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan Aviasiya Təmiri Zavodunda həyata keçirilən modernləşmə helikorterin əməliyyat imkanlarını genişləndirir və bir sıra dəyişiklikləri əhatə edir.

Azərbaycan Aviasiya Təmiri Zavodu tərəfindən həyata keçirilən modernləşmə layihəsi barədə 17-21 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Dubay Airshow-2013” beynəlxalq aviasiya sərgi və şousunda məlumatlar təqdim olunub.

Modernləşmə zamanı helikopterin gecə görmə eynəkləri ilə gecə vaxtı uçuşlara adaptasiyası təmin olunur. Elektron idarəetmə sistemi, çox funksiyalı displeylərdə taktiki təhdidlərin göstərilməsi ilə tapşırıqların planlaşdırılması, idarəetmə və tapşırıqların yerinə yetirilməsi imkanları genişləndirilir. GPS/DİSS hibrid naviqasiya sistemləri, idarəetmə sistemi, hədəflərin gecə və gündüz izlənməsi, axtarışı və nəzarət, optik görmə sistemi yenilənib. Pilotun yeni nişangah vasitəsi ilə gecə və gündüz düzgün bomba atması təmin olunur. Modernləşmiş Mi-17 helikopterlərində tətbiq olunan yeni nişangah vasitəsi ilə pilot raketlər və 23 mm topdan, həmçinin 7.5 km mənzilli idarəolunan tank əleyhinə raketlərdən gecə və gündüz saatları dəqiq istifadə edə bilir.

Modernləşmə nəticəsində helikopterin rabitə imkanları genişləndirilib. Helikopterin lazer və radiolokasiya ilə tuşlanan raketlərdən hərtərəfli müdafiəsi yaradılıb. Eləcə də radar şüalanması barədə xəbərdarlıq sistemi qurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR