Penitensiar xidmətin tabe qurumlarında xidmət edən 30 əməkdaşa növbəti xüsusi rütbələr təqdim edilib

Penitensiar xidmətin tabe qurumlarında xidmət edən 30 əməkdaşa növbəti xüsusi rütbələr təqdim edilib
# 22 noyabr 2013 14:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan ədliyyəsinin 95 illik yubileyi münasibətilə Penitensiar xidmətin tabe qurumlarında xidmət edən 30 nəfər əməkdaşa növbəti xüsusi rütbələr təqdim edilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Penitensiar xidmətin Baş idarəsində keçirilən tədbirdə 27 nəfər əməkdaş kiçik rəis heyətinin, 3 nəfər isə orta rəis heyətinin yeni rütbələrə layiq görülmüş üzvləri iştirak ediblər. Penitensiar xidmətin Kadrlar idarəsinin rəisi, ədliyyə polkovniki Zaur Əliyev rütbə almış əməkdaşları peşə bayramı günü münasibətilə təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb.
Əməkdaşlar xidmətin tarix muzeyində olub, Azərbaycan ədliyyəsinin 95 illik tarixini əks etdirən materiallarla, həmçinin, xidmətin fəaliyyətinə aid olan eksponatlarla tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR