ABŞ: Moskva və Kiyev arasında bağlanan saziş Ukraynadakı etirazlar problemini həll etmir

ABŞ: Moskva və Kiyev arasında bağlanan saziş Ukraynadakı etirazlar problemini həll etmir
# 18 dekabr 2013 01:24 (UTC +04:00)

Bakı-APA. ABŞ Rusiya və Ukrayna arasında bağlanan investisiya və qaz tariflərinə dair sazişi nəzərdən keçirəcək, lakin hesab edir ki, bu razılaşma Ukraynadakı etirazlar problemini həll etməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bəyan edib.

Qeyd edək ki, Moskva və Kiyev ötən gün Rusiya qazının min kubmetrini Ukraynaya 268,5 dollara satılmasına və Rusiyanın Ukrayna hökumətinin qiymətli kağızlarına 15 mlrd. dollar yatırmağına dair razılığa gəliblər.

“Biz bu sazişi nəzərdən keçiririk və detalları gözləyirik. Lakin Kiyev və Moskva arasında əldə edilən hər hansı saziş etirazçıların ifadə etdikləri narahatlığa əsaslanmayıb. Biz Ukrayna hökumətini dərhal müxalifətlə dialoqa başlamağa çağırırıq”, deyə Karni qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR