Gözəllik salonundan oğurluq edən qadın saxlanılıb

Gözəllik salonundan oğurluq edən qadın saxlanılıb
# 21 noyabr 2013 07:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda oğurluq edən qadın tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Pərvanə Əliyeva saxlanılıb. Məlum olub ki, o, sentyabrın 13-də Məhəmməd Hadi küçəsində yerləşən gözəllik salonundan, açıq qapıdan keçmə yolu ilə orada işləyən Yasəmən Tapdıqovaya məxsus, içərisində 900 manat olan pul kisəsini oğurlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR