Azərbaycan yığmasının sabiq baş məşqçisi 10 oyunluq cəzalandırılıb

Azərbaycan yığmasının sabiq baş məşqçisi 10 oyunluq cəzalandırılıb
# 05 noyabr 2013 10:21 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin sabiq məşqçisi Nadir Qasımov cəzalanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi hazırda “Şuşa”da çalışan təcrübəli mütəxəssisə ağır cəza verib.

Buna Qasımovun I divizionun VIII turunun “Qaradağ Lökbatan”la görüşündən sonra etdikləri səbəb olub. Belə ki, qarşılaşma başa çatdıqdan sonra baş məşqçi hakimlərə hədə-qorxu gəlib. Bu üzdən AFFA Qasımova 10 oyunluq cəza kəsib. “Şuşa” isə 800 manat cərimə olunub.

Qeyd edək ki, karyerası ərzində bir sıra klublara rəhbərlik edən Qasımov vaxtilə Azərbaycanın U-17 və U-19 yığmalarında baş məşqçi, əsas milidə köməkçi məşqçi kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR