Azərbaycanda zərərlə işləyən bankların sayı 10-a çatıb

Azərbaycanda zərərlə işləyən bankların sayı 10-a çatıb
# 03 iyul 2014 13:11 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Cari ilin iyun ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən 44 kommersiya bankı (fəaliyyətini yenicə bərpa edən “Kövsər Bank” daxil olmaqla) tərəfindən əldə olunan mənfəət 237,48 mln. manat, mənfəətlə işləyən bankların sayı 34 olub.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına istinadən verdiyi məlumata görə, bu, göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,43% və ya 92,17 mln. manat çoxdur.

İyun ayının 1-nə zərərlə işləyən bankların sayı 10, onların məcmu zərəri isə 32,57 mln. manat olub. 2013-cü ilin analoji dövründə zərərlə işləyən bankların sayı 4 olub ki, onların məcmu zərərinin həcmi 8,12 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR