Azərbaycan fond indeksləri 0,01% yüksəlib

Azərbaycan fond indeksləri 0,01% yüksəlib
# 14 yanvar 2014 06:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,01% artaraq yanvar ayının 14-nə 94,67 təşkil edib.


«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,01% yüksəlib və 99,99 təşkil edib.


Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 107,51-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR