Təhsil Nazirliyi Azərbaycanın orta və ali məktəblərindəki kitabxanaların vəziyyətinə aydınlıq gətirib

Təhsil Nazirliyi Azərbaycanın orta və ali məktəblərindəki kitabxanaların vəziyyətinə aydınlıq gətirib
# 25 iyul 2013 09:32 (UTC +04:00)

Ali məktəblərin kitabxana fondunun böyük hissəsini rus dilində olan dərslik, dərs vəsaiti və kitablar təşkil edir

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Azərbaycanın orta və ali təhsil müəssisələrindəki kitabxanaların vəziyyətinə aydınlıq gətirib. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən qeyd olunub ki, hazırda məktəb kitabxanalarında şagirdlərin istifadə edə biləcəyi kifayət qədər ədəbiyyat var. Prezident İlham Əliyevin sərəncamı ilə nəşr edilən Lüğət ensiklopediyaları, Azərbaycan xalq ədəbiyyatı, klassik və müasir Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatı seriyasından olan əsərlər, Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunan ədəbiyyat nümunələri, eləcə də Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrlə ümumtəhsil məktəb kitabxanalarının ədəbiyyatla təminatı istiqamətində ardıcıl iş aparılır.

Ali məktəb kitabxanalarındakı vəziyyətə gəlincə, qeyd olunub ki, yeni tədris ədəbiyyatına ehtiyacı universitetlər müəyyənləşdirir, onların yazılmasını və ya tərcümə olunmasını planlaşdırıb mərhələli surətdə həyata keçirirlər.

Hazırda ali təhsil müəssisələrinin kitabxana fondunun böyük hissəsini məhz rus dilində olan dərslik, dərs vəsaiti və kitablar təşkil edir. Məktəb kitabxanalarında isə təlim rus dilində olan siniflər üçün rus dilində bütün dərsliklər və müəyyən qədər əlavə ədəbiyyat var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR