İranda futbol matçı zamanı azərbaycanlı fəallar saxlanılıb

İranda futbol matçı zamanı azərbaycanlı fəallar saxlanılıb
# 13 sentyabr 2013 16:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda azərbaycanlı fəalların növbəti kütləvi həbsi həyata keçirilib. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 12-də Təbriz şəhərinin “Səhənd” stadionunda yerli “Traktor” futbol komandası ilə Ənzəli şəhərinin “Mələvan” komandası arasında keçirilən oyun zamanı baş verib. Belə ki, azərbaycanlı azarkeşlər milli-mədəni hüquqlarını tələb edən şüarlar səsləndiriblər və bu da İran polisinin narahatlığına səbəb olub. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Polis “Traktor” komandasının azarkeşlərinə hücum edərək onları rezin dəyənəklə döyüb və stadiondan uzaqlaşdırıb.

Qarşıdurma zamanı 20 nəfərə yaxın azərbaycanlı azarkeş həbs edilib və naməlum istiqamətə aparılıb, onların içərisində iki tanınmış fəal da var. Bunlar Hüseyn Əliməhəmmədi və Fərzad Məhdəvidir. Bu şəxslər hazırda təkadamlıq kamerada saxlanılır. Digər tutulanların ad və soyadlarını dəqiqləşdirmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR