Azərbaycan İçərişəhərin qorunması və konservasiyasına görə beynəlxalq mükafata layiq görülüb - FOTO

Azərbaycan İçərişəhərin qorunması və konservasiyasına görə beynəlxalq mükafata layiq görülüb - <span style="color: red;">FOTO
# 20 noyabr 2013 07:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycan “Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması” nominasiyasında “Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə “Italian Heritage Award” nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, “İtalian Heritage Award” mükafatları restavrasiya, heykəltəraşlıq, mədəniyyət, incəsənət, muzey işi, arxeologiya və digər sahələrdə 26 nominasiyada təqdim edilir. Builki müsabiqənin 400-ə yaxın iştirakçısının təqdim etdiyi layihələri doqquz ay ərzində 25 nəfərlik münsiflər heyəti nəzərdən keçirib.

UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş İçərişəhərə 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin hərtərəfli səyləri münsiflərin xüsusi diqqətini cəlb edib. Ölkə rəhbərliyinin qayğı və diqqəti sayəsində İçəri Şəhərin 2009-cu ildə “Təhlükədə olan Dünya İrsi” siyahısından çıxarılması xüsusi olaraq vurğulanıb.

İçərişəhərin mühafizəsi və restavrasiyasına beynəlxalq səviyyədə verilən bu yüksək qiymət Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması və inkişaf etdirilməsi sahəsində uğurlu dövlət siyasətinin daha bir bəhrəsidir. Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçərişəhərin qorunması və dünyada təşviqində Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük rolu xüsusi qeyd edilməlidir.

Mükafat Azərbaycanın İtaliyadakı səfirliyi vasitəsilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR