Gəncədə 2 mərtəbəli ev yanıb - VİDEO

Gəncədə 2 mərtəbəli ev yanıb - <span style="color: red;">VİDEO
# 14 noyabr 2013 08:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə güclü yanğın olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi dünən gecə saat 21 radələrində Gəncə Avtomobil Zavodu yaxınlığında, yeni salınan “Cavad xan” qəsəbəsində yerləşən mənzillərdən birində baş verib.

Qəsəbə sakini Vüqar İbrahimova məxsus 300 kvadratmetr sahəsi olan ikimərtəbəli evin ikinci mərtəbəsi tamamilə yanıb. Alovun diametri ətraf evlər üçün də təhlükə yaradıb. Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Fazil Aslanov deyib ki, hadisə yerinə şəxsi heyətlə birlikdə 8 yanğınsöndürən maşını cəlb olunub. Operativ müdaxilədən sonra alovun qarşısı alınıb və digər evlərə keçmə təhlükəsi aradan qaldırılıb. Ev yeni tikili olduğundan yaşayış olmayıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik xəttində olan qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR