ABŞ-ın Qərbi Virciniya ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Qərbi Virciniya ştatında fövqəladə vəziyyət elan edilib
# 11 yanvar 2014 10:40 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. ABŞ-ın Qərbi Virciniya ştatında Elk çayına zəhərli kimyəvi maddələrin axıdılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı ştatın qubernatoru Erl Rey Tomblin çayın suyundan istifadə edən əhaliyə müraciət edərək, çayın suyunu içməmək, ondan xörək bişirmək və paltar yumaq üçün istifadə etməmək çağırıb.

Əhalini su ilə təmin edən “West Virginia American Water” şirkətinin prezidenti Cef Makintayr da suyun insan sağlamlığı üçün təhlükəsiz olmadığını bildirib.

Qeyd edək ki, dünən Çarston şəhərində yerləşən “Freedom İndustries” adlı müəssisədən Elk çayına metilsikloqeksan adlı kimyəvi maddə axıdılıb. Çayın yaxınlığında yaşayan 300 minə yaxın insana çayında suyundan istifadə etməmək tövsiyə olunub. Hadisə ilə əlaqədar məktəblər, restoranlar və barlar müvəqqəti bağlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR