Martda Bakının bəzi rayonlarında torpağın qiyməti düşüb

Martda Bakının bəzi rayonlarında torpağın qiyməti düşüb
# 30 aprel 2014 07:55 (UTC +04:00)

Bakının torpaq və mənzil bazarını araşdıran “MBA Consulting Group” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, paytaxtın torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 0,63% azalıb. Mart ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 6,07% artaraq 17 884 dollar/sot səviyyəsindən 18 969 dollar/sot səviyyəsində qərarlaşıb.

Bu ilin mart ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət artımı müşahidə olunmasına baxmayaraq Binəqədi, Nərimanov və Səbail rayonlarında qiymət azalması müşahidə olunub. Qeyd edək ki, əvvəlki fevral ayında da bu rayonlarda qiymət artımı qeydə alınıb. Qiymət azalması isə əsasən mərkəzi rayonlarda qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Xəzər, Abşeron, Sabunçu, Qaradağ və Suraxanı rayonları, ən passiv rayon isə Nəsimi və Nərimanov rayonlarıdır.

Bu ilin mart ayında torpaq bazarında aktivlik şəhərin III və IV zonalarında artıb. Qiymətlərin və torpağa olan tələbin artması təklif portfelinin həcmində son ayda artması ilə müşahidə olunub. Zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişib, mövsümi aylarda olduğu kimi, III və IV zonalarda torpaq sahələrində qiymətlərin artımı müşahidə edilib.

Zonalar

fevral 2014, $/sot

mart 2014, $/sot

orta qiymət dəyişməsi, %

I zona

264136

263912

-0,08

II zona

153708

139172

-9,46

III zona

38607

44017

14,01

IV zona

5465

6548

19,82

Yuxarıdakı cədvəldən göründüyü kimi, hesabat ayında qiymətlərin artması III və IV zonalarda, azalması isə I və II zonalar üzrə qeydə alınıb. Qiymətlərin artması bir tərəfdən artıq yaz mövsümünün olması və tədricən yay mövsümünə hazırlıq ilə izah edilirsə, digər tərəfdən isə əhalinin tədricən fərdi tikintiyə üstünlük vermələri ilə əlaqələndirilir. Torpaq bazarında artan təklif, aktivliyin və qiymətin artması ilə bağlı olub. Ekspozisiya müddətinin azalması isə əvvəldən də gözlənilən idi.

Ay ərzində torpaq bazarına təklif olunan ümumi 815 ədəd torpaq sahəsinin 81%-i boş sahə, qalanı isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Yeni tikililərin salındığı torpaq sahələrinin 20,5%-i köhnə yararsız evlərin sökülməsi, 5,7%-i keçmiş sənaye və məişət obyektlərinin yerləşdiyi torpaqlarda, qalan hissəsi isə yeni torpaqların alınması hesabına aparılıbdır. Təklif portfelində torpaq sahələrinin orta sahəsi 4,77% artaraq 22,4 sot/sahə təşkil edib.

Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin artması, şəhərin yalnız IV zonasında müşahidə edilib. Bazarda təklifin artması, satışın həcminin və boş torpaq sahələrinin artması ilə bağlı olub.

Bu il mart ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlər yuxarıda qeyd edildiyi kimi artım ilə yadda qalıb. Qiymət indeksi ay ərzində 6.06% artaraq 9.49 səviyyəsində qərarlaşıb. 1 sot torpağın orta qiyməti də uyğun olaraq artaraq 18 969 dollar/sota çatıb. Tələb müxtəlif templə də olsa, əksər rayonlarda artım ilə seçilib və nəticədə fərdi tikintinin artması bazarda təklifin sayına da öz təsirini göstərib.

Ümumən təklifin qıtlığı şəhərin mərkəzi ərazisində davam edir. Bu vəziyyət isə şəhərin mərkəzində boş torpaq sahələrinin azalması və söküntü işlərinin həcminin artması ilə izah olunur. Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, Həsən Əliyev (İnqilab) küçəsində (222 930 $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu rayonunda, “Vişnyovka” adlanan qəsəbədə (1019$/sot) qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR