Rusiyanın 1 mlrd rubl dəyərində olan ən güclü peyki fəzaya buraxıldıqdan az sonra yerə düşüb

Rusiyanın 1 mlrd rubl dəyərində olan ən güclü peyki fəzaya buraxıldıqdan az sonra yerə düşüb
# 16 may 2014 03:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə “Roskosmos”dakı mənbə bildirilib.

Məlumata görə, “Proton-M” daşıyıcı raketin yerə düşməsi Qazaxıstanın hüdudlarından kənarda baş verib. “Ekspress-AM4R” rabitə peykinin Altay diyarı ərazisinə və ya Sakit okeana düşdüyü ehtimal olunur.

Raketin yerə düşməsi nəticəsində ölən və ya xəsarət alanlar barədə hələlik heç bir məlumat yoxdur.

Qəzanın səbəbləri müəyyənləşənədək “Baykonur” kosmodromundan “Proton-M” daşıyıcı raketlərin orbitə buraxılması dayandırılıb.

Qeyd edək ki, raketin düşməsi nəticəsində itirilən “Ekspress-AM4R” peykin dəyəri 1 mlrd rubl (200 mln avro) olub və Rusiyanın indiyədək istehsal etdiyi ən güclü rabitə peyklərindən biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR