Azərbaycan bu il elektrik enerjisi istehsalını azaldıb

Azərbaycan bu il elektrik enerjisi istehsalını azaldıb
# 07 oktyabr 2013 10:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanın enerji sistemində 1,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

«Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə dəyişməz qalıb.

Bu ilin ilk 9 ayı ərzində isə ölkədə 15,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,25% azdır.

Bununla yanaşı, ay ərzində Rusiya, Türkiyə və İran ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR