Göyçayda minik maşını traktora çırpılıb, ölən var - FOTO – YENİLƏNİB - VİDEO

Göyçayda minik maşını traktora çırpılıb, ölən var - <span style="color: red;">FOTO – YENİLƏNİB   - <span style="color: red;">VİDEO
# 03 fevral 2014 15:40 (UTC +04:00)

Rayon Polis Şöbəsinin müstəntiqi Saleh Muştaqov APA-nın yerli bürosuna bildirib ki, hadisə bu gün saat 13:30 radələrində Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb. Cəyirli kənd sakini 1990-cı il təvəllüdlü Abışov Məhəmməd Paşa oğlunun idarə etdiyi 10-HM-700 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yolun kənarında dayanan traktora çırpılıb. Zərbənin təsiri nəticəsində avtomobil yararsız hala düşüb, sürücü 24 yaşlı Məhəmməd Abışov ağır kəllə-beyin travması, onurğa sütunun və ayağının sınığı, daxili orqanlarının əzilməsi və digər xəsarətlərlə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. O, 4 saatdan sonra xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

14.36

Göyçayda minik maşını traktora çırpılıb, bir nəfər ağır xəsarət alıb - FOTO

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 13:30 radələrində Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb.

Cəyirli kənd sakini, 1990-cı il təvəllüdlü Abışov Məhəmməd Paşa oğlunun idarə etdiyi 10 HM 700 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yolun kənarında dayanan traktora çırpılıb.

Hadisə nəticəsində M. Abışov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR