Britaniya XİN rəhbəri: “Avropa Birliyi Rusiya ilə diplomatik əlaqələri kəsmir”

Britaniya XİN rəhbəri: “Avropa Birliyi Rusiya ilə diplomatik əlaqələri kəsmir”
# 17 mart 2014 09:54 (UTC +04:00)

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq deyib.

“Bütün diplomatik kanallar Rusiya üçün açıq qalır”, - deyə o vurğulayıb.

Heyq qeyd edib ki, Moskva ilə Kiyev arasında birbaşa dialoq beynəlxalq təmas qrupu vasitəsilə həyata keçirilə bilər. “Lakin ruslar öz növbəsində gərginliyin azaldılması üçün addımlar atmalıdır”, - deyə nazir bildirib.

Qeyd edək ki, U.Heyq Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin Brüssel toplantısında iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR