AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan xalqının soyqırımı” adlı sərgi təşkil edilib

AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan xalqının soyqırımı” adlı sərgi təşkil edilib
# 31 mart 2014 16:20 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında mart qırğınlarının 96-cı ildönümünə həsr edilmiş “Azərbaycan xalqının soyqırımı” adlı sərgi təşkil olunub. APA-nın xəbərinə görə, sərgidə ermənilərin törətdikləri kütləvi qırğınlar, vəhşiliklər, soyqırım və təcavüz siyasətinin mahiyyətini əks etdirən ədəbiyyat nümayiş etdirilib.

Bir neçə bölmədən ibarət olan sərgi “Qanlı illər” bölməsinə həsr edilmiş ədəbiyyatla başlayır. M. M. Nəvvabın “1905-1996-cı illərdə erməni-müsəlman davası”, M. S. Ordubadinin “Qanlı illər”, V. Arzumanlının “1918-ci il qırğınları” və bir sıra başqa kitablarda ermənilərin törətdikləri vəhşiliklər öz əksini tapıb.

Sərgidə Azərbaycan, rus, Şərq, Qərbi Avropa dillərində 200-dən çox ənənəvi və virtual formada ədəbiyyat, həmçinin foto materiallar, video görüntüər soyqırım həqiqətlərini əks etdin film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR