Qubada iki maşın toqquşub, xəsarət alanlar var - VİDEO

Qubada iki maşın toqquşub, xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 21 may 2014 10:18 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba - Xaçmaz yolunun Qubanın Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Biləsuvar rayon sakini, Əlifov Elvin Rizvan oğlunun idarə etdiyi 90 CU 541 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını Quba rayon sakini, 1981-ci il təvəllüdlü Kərimov Babək Fərman oğlunun idarə etdiyi 90 VF 259 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı avtomaşınla toqquşub.

Qəza nəticəsində hər iki avtomaşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, ağır bədən xəsarətləri alan sürücülərin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR