İndoneziyada 6,1 bal gücündə zəlzələ olub

İndoneziyada 6,1 bal gücündə zəlzələ olub
# 25 yanvar 2014 07:31 (UTC +04:00)

Bakı – APA. İndoneziyada Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ olub.

APA – nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidmətinin yaydığı məlumatda bildirilir.

Yeraltı təkanların episentri Mərkəzi Yava əylətinin Adipala yaşayış məntəqəsindən 39 km cənub-şərqdə yerləşib.

Dağıntı və insan tələfatı haqda hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR