Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndə heyəti ilə görüşüb
# 08 yanvar 2014 10:18 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, korpus generalı Atilla Gülanın rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin general və admirallarından ibarət nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyə Silahlı Qüvvələrinin ali rütbəli zabitlərini salamlayan müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunan general-polkovnik Z. Həsənov işğal edilmiş torpaqların azad edilməsinin bölgə üçün vacibliyini vurğulayıb və Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını bildirib.

Qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıblar. Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdələr də iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR