Pakistan Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlıdır - FOTO

Pakistan Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlıdır - <span style="color: red;">FOTO
# 27 noyabr 2013 14:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Pakistanın dövlət qulluğunda çalışan yüksək vəzifəli rəsmi şəxslərlə görüş keçirilib. Konfederasiyadan «APA-Economics»ə verilən məlumata görə, görüşdə ASK baş katibinin müavini Adil Qurbanov, ASK-nın baş məsləhətçisi Fuad Hümbətov təqdimatla çıxış ediblər.

Azərbaycan-Pakistan siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Azərbaycan və Pakistanın sahibkarlıq təşkilatları daimi əlaqə yaradılmalı, birgə əməkdaşlıq imkanlarından daha fəal surətdə istifadə edilməlidir.

M.Əfəndiyev iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, Azərbaycan hökumətinin təşəbbüsü ilə regionda həyata keçirilən layihələr, biznes sektorunda mövcud vəziyyət, sahibkarların hüquq və mənafelərini müdafiə edən qanun layihələri barəsində məlumat verib. Azərbaycan hökumətinin əsas strategiyasının neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, ölkədə sənayeləşmənin geniş vüsət alacağını da qonaqların diqqətinə çatdırıb.

Pakistanlı nümayəndə heyəti isə daha çox Azərbaycanda sahibkarlar üçün yaradılan şəraitlə maraqlanaraq, ölkədə əlverişli biznes mühitinin mövcudluğu ilə maraqlanıb. Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini deyən Pakistan hökumət nümayəndələri, bütün sahələrdə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR