Vilnüsdə səfir Namiq Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabının təqdimatı keçirilib - FOTO

Vilnüsdə səfir Namiq Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 22 noyabr 2013 16:38 (UTC +04:00)

Bakı - APA. Litvanın qədim təhsil ocaqlarından biri olan Vilnüs Universitetinin P.Smuqleviçüs adına kitabxanasında Azərbaycanın Litvadakı səfirliyin təşəbbüsü və dəstəyi ilə hazırlanmış Namiq Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabının litva dilində tərcüməsinin təqdimat mərasimi keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, kitabın nəşri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə ithaf olunub.

Tədbirdə Litva Seyminin deputatları, ölkənin ictimai xadimləri, KİV nümayəndələrinin, həmin universitetin professor və müəllim heyəti, həmçinin universitetdə təhsil alan tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva ictimaiyyətində Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumat qıtlığının olduğunu bildirərək, qeyd edilən kitabın litva dilində nəşrinin olduqca vacib hadisə kimi qiymətləndirib və tədbir iştirakçılarına Ermənistan-Azərbaycan münaqişəsinə dair ətraflı məlumat verib.

Daha sonra tədbirdə Litva Seyminin deputatı, Azərbaycan-Litva dostluq qrupunun rəhbəri Yuras Pojela, seymin deputatı Mantas Adomenas, universitetin rektoru Yuras Banis, Mikolas Romeris Universitetinin beynəlxalq hüquq üzrə professoru Laurinas Biyejka, Litva hökumətinin Millətlər və emiqrasiya işi üzrə Baş Departamenti yanında Milli İctimaiyyət Şurasının əlaqələndiricisi İmantas Melianas və “Litva Azərbaycanlıları Cəmiyyəti“nin sədri Mahir Həmzəyev çıxış ediblər. Onlar kitabın böyük əhəmiyyət daşıdığını və geniş oxucu auditoriyasının, politoloqların, o cümlədən diplomatların marağına səbəb olacağını vurğulayaraq ermənilərin ərazi iddialarının, münaqişənin tarixinin, dünya birliyinin mövqeyinin öyrənilməsi baxımından qeyd olunan kitabın dəyərli mənbə olacağını bildiriblər.

Kitabın müəllifi, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev əsərdə Ermənistan-Azərbaycan münaqişəsinin əsas hüquqi aspektlərini oxucuların diqqətinə çatdırmaq istədiyini bildirərək, münaqişənin tarixi və hazırkı durumu, habelə mümkün tənzimləmə yolları barədə iştirakçılara məlumat verib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR