Barak Obama: “İsrailin təhlükəsizliyinin qorunmasına dair əvvəlki öhdəliklərimə sadiqəm”

Barak Obama: “İsrailin təhlükəsizliyinin qorunmasına dair əvvəlki öhdəliklərimə sadiqəm”
# 06 dekabr 2013 13:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ prezidenti bir daha hökumətinin İranın nüvə proqramı ilə bağlı diplomatiyasını müdafiə edib.

APA-nın “Radiofərda” istinadən verdiyi məlumata görə, Barak Obama bildirib ki, İranın məqsədləri müəyyənləşdirmək ABŞ üçün mühümdür: “İranla hərtərəfli razılaşma əldə edənədək bu işi dayandırmayacağıq. Eyni zamanda bu ölkənin nüvə silahına yiyələnməsinin qarşısını alacağıq. On il ərzində ilk dəfədir İranın nüvə proqramını inkişaf etdirməsini dayandırmağa nail olmuşuq. İranın nüvə proqramının əsas hissəsi dayandırılacaq və hələlik sərt sanksiyalar öz qüvvəsində qalacaq”.

ABŞ prezidenti İsrail üçün Cenevrə razılaşmasını münasib hesab edib: “Növbəti aylar ərzində İranla yekun razılaşmaya nail olmaq üçün səy göstəriləcək. Bu saziş İrandan gözlənilən nüvə təhlükəsini birdəfəlik aradan qaldırılmasını nəzərdə tutur. Mən İsrailin təhlükəsizliyinin qorunmasına dair əvvəlki öhdəliklərimə sadiqəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR