Bu gün Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər test imtahanı verir

Bu gün Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər test imtahanı verir
# 11 yanvar 2014 08:53 (UTC +04:00)

APA-nın məlumatına görə, sənədlərin qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb, müsabiqədə iştirak etmək üçün 706 nəfərin namizədliyi qeydə alınıb.

İki binada təşkil olunacaq imtahan saat 11:00-da başlayıb və 3 saat müddətində davam edəcək. İmtahanın idarə olunması üçün 11 imtahan rəhbəri, 60 nəzarətçi-müəllim ayrılıb.

İmtahan zamanı namizədlərə 100 sualdan ibarət test tapşırığı təqdim olunacaq: 80 sual namizədlərin hüquq sahəsi üzrə biliyini, 20 sual isə onların məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Nəticələr hesablandıqda səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir.

Qeyd edək ki, cavablar elə bu gün TQDK-nın internet saytında yerləşdiriləcək və nəticələr Vəkillər Kollegiyasına təqdim olunacaq. Namizədlərə bilavasitə sənəd verdikləri komissiyada ballar haqqında arayış veriləcək.

Test imtahanından 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR